Türkiyəli məşhurlar ermənilərə dəstək oldular

26-04-2021, 16:44           
Türkiyəli məşhurlar ermənilərə dəstək oldular
Türkiyənin bir neçə məşhur siması qondarma “erməni soyqırımı”nı dəstəkləyən paylaşımlar edib.

Aprelin 24-də ABŞ Prezidenti Co Baydenin 1915-ci il hadisələri barədə danışarkən “soyqırımı” ifadəsini işlətməsindən sonra qardaş ölkənin şou-biznes nümayəndələri arasında fikir ayrılığı yaranıb.

Mədəniyyət üzvlərinin əksəriyyəti sosial şəbəkədə Türkiyənin mənafeyini müdafiə edən paylaşımlar etsə də, bəziləri ermənilərə dəstəyini ifadə edib. Belə ki, aktrisa Hazar Ergüçlü “soyqırımı simvolu”nu instaqramda paylaşaraq “bəzi yaralar zamanla sağalmır”,- şərhini yazıb.

Nazlı Bulut, Meriç Aral da sözügedən “simvol”u paylaşaraq ermənilərə dəstək olub.

Hər 3 şəxsin bu addımı ölkədə sosial medianın gündəmini zəbt edib, onların ünvanına tənqidi şərhlər yazılıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru