“Bizim nəsildə xanımlar çimərliyə getmir” - Mətanət

27-04-2021, 22:47           
“Bizim nəsildə xanımlar çimərliyə getmir” - Mətanət
“Bizim nəsildə xanımlar çimərliyə getmir”.

KONKRET.az xəbər verir ki, bunu ARB-də yayımlanan “Onun sirri” proqramında çıxış edən müğənni Mətənət Əsədova deyib.

Çimərliyə gedənlərə həsəd apardığını bildirən ifaçının sözlərinə görə, o, hər zaman bundan məhrum olub:

“Bizdə çimərliyə gedən olmayıb. Günəş şuası qəbul etmək sağlamlıq üçün də faydalıdır. Amma mən bundan məhrum olmuşam. Həkimə gedəndə də mənə bildirildi ki, körpə uşaqda olan D vitamini məndə yoxdur. Ailəvi dostum var, bir dəfə zəng edib dedi ki, çimərlik geyimlərini götür dənizə gedək. Dedim, axı mənim çimərlik geyimim yoxdur. Allah haqqı, yoxumdur. Mən indiyədək xaricə də gedib dincəlməmişəm”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru