Murad Arif aparıcıları təhqir etdi: - “İl boyu şıllaq atıb, qeybət qırıb, dovğa bulayıb...”
28-04-2021, 12:33
Murad Arif aparıcıları təhqir etdi: “Aparıcının profili deyilsə, nə vacibdir ildə 4-5 dəfə, xüsusi günlərdə üzərinə ictimai, siyasi, elmi mövzuları yük edirsiniz. Qalır çabalaya-çabalaya...”.
Yenisabah.az xəbər verir ki, bunu müğənni Murad Arif deyib.
O qeyd edib ki, universallar azdır:
“İl boyu şıllaq atıb, qeybət qırıb, birdən ciddi ola bilmək həm efir üçün qeyri-peşəkarlıqdır, həm də hər aparıcının qabı üçün deyil. Hər hansı hadisəni, insanı xatırlamaq lazımdırsa, təzə veriliş, təzə film çək, həmin gün ver, borcundan çıx!
Daha dovğa bulaya-bulaya (ya da poçti o ab-havada), "Bu gün filan alimdən danışacayıq",- nədir də?”.