Arif Quliyev ECMO cihazına QOŞULDU: "Ağciyərlərinin 99 %-i zədələnib"

28-04-2021, 21:28           
Arif Quliyev ECMO cihazına QOŞULDU: "Ağciyərlərinin 99 %-i zədələnib"
Koronavirusa yoluxan Xalq artisti Arif Quliyev ECMO cihazına qoşulub.

Bu barədə xalq artistinin oğlu Rövşən Quliyev məlumat yayıb.

O bildirib ki, atasının vəziyyəti ağır olaraq qalır.

R.Quliyev atasının səhhətini diqqət mərkəzində saxladıqları üçün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürünü bildirib.

Qeyd edək ki, A.Quliyevin müalicəsi "Yeni Klinika"nın Reanimasiya şöbəsində davam edir. Həkimlər Xalq artistinin ağciyərlərinin 99 %-nin zədələndiyini bildirirlər.

Xatırladaq ki, ECMO ekstrakorporal membran oksigenlənmə cihazı olub, ağciyər və ürək yerinə 2-3 həftə funksiya göstərərək mövcud olan problemin həlli üçün həkimlərə vaxt qazandıran bir müalicə üsuludur./publika.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru