Elza Seyidcahandan Hüseyn Məmmədoğluna sərt cavab: "Sən kimsən ki, ağzına gələni danışırsan?"

29-05-2021, 00:00           
Elza Seyidcahandan Hüseyn Məmmədoğluna sərt cavab:
Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu efirdə Əməkdar artist Elza Seyidcahanın şeirlərini tənqid edib.

Musavat.com bildirir ki, "Həmin Zaur" verilişində qonaq olan ifaçı Əməkdar artistin şeirlərinin şairlərə qarşı böyük hörmətsizlik adlandırıb:

"Elza xanım savadlı, gözəl bəstəkardır. Şeirləri isə "hətələm-pətələmdir". Xoşlamıram onun şeirlərini. Bəyənmirəm, burada nə var ki? Amma gözəl, savadlı sənətkardır. Şeir yazmağı özünəməxsusluq deyil.

"Tut sallanım boynundan, atdanım çiynindən". Olmaz axı, bu şairlərə böyük hörmətsizlikdir. Özü üçün yazırsa, onda gündəmə çıxarmasın. Sosial şəbəkələrdə yaymasın".

Hüseyn Məmmədoğlunun bu mövqeyinə qarşı tərəfin də reaksiyası gecikməyib. Musavat.com-a danışan Elza Seyidcahan məsələ ilə bağlı hiddətini gizlətməyib:

"Hüseyn Məmmədoğlu deyir ki, "Elza Seyidcahan gözəl bəstəkardır". Gözəl bəstəkar adını milllətim, dövlətim mənə verib. Əlbəttə ki, bunu deməyə bilməzsən. Sən kimsən ki, şeirlərim haqqında ağzına gələni deyirsən?! Artıq əndazənizi aşmısınız. Hansı şeirimdə "Tut sallanım boynundan" yazmışam?!

Hüseyn daha sonra yazıb, üzr istəyir ki, "Elza xanım, sizi çox sevirəm, bu bir zarafatdır". 10 milyonun içində belə zarafat etmək olar? Mən axı sənin tay-tuşun deyiləm!"

Elza Seyidcahan verilişin aparıcısını da tənqid edib:

"Ayıb deyil, utanmırsınız? Mən də veriliş aparıram. Baxın görün nə vaxtsa kiminsə şəxsiyyəti, sənəti haqqında artıq-əskik danışmışam?

Amma baxırsan ki, başqaları böyük-kiçik, xanım, dövlətin sənətkarı nə deməkdir bilmir. Elə düşünürlər ki, onlar efirə gəlmək şansı əldə ediblərsə, kiminsə haqqında necə istəyirlər o cür də danışa bilərlər. Qələt edib, başınızı daşa döyürsünüz".

Elza Seyidcahan bundan sonra da düşüncə tərzindən, fikirlərindən əl çəkməyəcəyini deyib:

"Onlar öz çirkli fikirlərindən əl çəkmirsə, mən niyə gözəl fikirlərimdən əl çəkməliyəm? Şeir yazmaq mənim sənətimin bir janrıdır. Bu günlərdə "Karset" şeirim böyük maraqla qarşılandı. Hətta şeir bir gün ərzində həm rus, həm də ingilis dilinə tərcümə olundu.
O ki, qaldı məni parodiya edənlərə, onlar mənim meymunumdur və əlbəttə ki, mənim edə bildiyimi heç vaxt bacarmayacaqlar".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.