Zöhrə Abdullayevanın sənət dostları dəfndə niyə yox idilər?!

29-05-2021, 16:25           
Zöhrə Abdullayevanın sənət dostları dəfndə niyə yox idilər?!
Tanınmış aparıcı İlham Mirzəyev dünən dünyasını dəyişən əməkdar artist Zöhrə Abdullayevadan yazıb.
O sənətkarın dəfn mərasimində iştirak etməyən dostlarına da irad bildirib:
“Bu amansız həyatda betərin də betəri var. Çünki dünya zalımdır və zalımların dünyasıdır. Kimsə sonunun necə olacağını bilmir. Bu gün gördüm ki, boş və mənasız dünyada yaşayırıq. Ömrünü incəsənətə, mədəniyyətə həsr edən birini sakitcə yerdən götürdülər və dəfn etdilər. Bəs illərlə çiyin-çiyinə çalışdığı, eyni səhnəni paylaşdığı mədəniyyət işçiləri dəfn mərasimdə niyə yox idilər? İçi mən qarışıq hamı İnstaqramda paylaşım etdik və bitdi. Nə isə… Sözün tükəndiyi andır. Allah rəhmət eləsin”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru