“Tarzan” rolunu oynamış aktyor ABŞ-da aviaqəzada həlak olub

31-05-2021, 07:02           
“Tarzan” rolunu oynamış aktyor ABŞ-da aviaqəzada həlak olub
Amerika aktyoru, "Tarzan: macəraların tarixi" (“Tarzan: The Epic Adventures”, 1996-2000), teleserialında baş rolu oynamış Cozef Lara ABŞ-ın Tennessi ştatında baş vermiş təyyarə qəzasında həlak olub.

“Report” xəbər verir ki, bu barədə Rezerford dairəsi administrasiyasının saytında yayılmış açıqlamada bildirilir.

Qeyd edək ki, hadisə şənbə günü baş verib. Kiçik mühərrikli “Cessna C501” təyyarəsi ştatın şimalında gölə düşüb, qəza zamanı yeddi nəfər həlak olub. Hakimiyyət orqanlarının məlumatına görə, ölənlər arasında Lara, həmçinin onun xanımı Qven Şamblin də var. Qadın ABŞ-da məşhur dietoloq idi.

Lara həmçinin "Malibu xilasediciləri" ("Baywatch", 1989-2001) və "Konan" ("Conan", 1997-1998) seriallarında çəkilib.

Təyyarə Tennessidən Florida ştatına uçurmuş. Lakin sımaya qalxdıqdan qısa müddət sonra yerə düşüb. Qəzanın hansı səbəbdən baş verdiyi bilinmir. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.