Kök gəlin paxıllıqdan gözəl rəfiqəsini toyuna çağırmadı

4-06-2021, 07:37           
Kök gəlin paxıllıqdan gözəl rəfiqəsini toyuna çağırmadı
Anonim kilolu xanım paxıllıqdan gözəl və zərif rəfiqəsini toyuna dəvət etməyib və buna görə sosial şəbəkədə sərt tənqid olunub.

“Report”un məlumatına görə, bu barədə “Daily Mail” nəşri feysbuk sosial şəbəkəsindəki qapalı qrupun yazışmalarına istinadən xəbər verib.

Adı açıqlanmayan 27 yaşlı ABŞ sakini, ən yaxşı rəfiqəsini gözəl bədən quruluşuna malik olduğu üçün toyuna dəvət etməmək barədə qərar qəbul edib.

“Onu toyuma çağırmamağımın əsl səbəbi olduqca incə və çox yaxşı formada olmasıdır. Gözəl görünür. Birlikdə gəzdiyimiz zaman, bütün kişilər yalnız ona baxırlar”.

Yeni gəlin bildirib ki, toyunda yalnız onun kimi kök xanımlar iştirak edəcək. Şəbəkə istifadəçiləri gəlini özünə güvənmədiyinə görə sərt tənqid ediblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru