Xalq artistinin daş-qaşlı mikrofonu

24-02-2016, 19:53           
Xalq artistinin daş-qaşlı mikrofonu
Müğənni-bəstəkar Ramal İsrafilov bibisi, xalq artisti Mələkxanım Əyyubova üçün mahnı yazıb.

Axşam.az-ın məlumatına görə, M.Əyyubova bu haqda “5/5” verilişində deyib:

“Ramal mənə də mahnı yazıb. Hələ hazır olmadığı üçün efirlərdə səsləndirmirəm. Bitməyinə az qalıb. Bayram ərəfəsində verilişlərdə oxuyacam”.

M.Əyyubova efirə qaşlarla bəzədilmiş mikrafonunu da gətirib. Aparıcı Zaur Kamal mikrofonun brilyant qaşlarla bəzədildiyini deyib:

“Bu mikrofonla oxuyan xanımın səsi də brilyantdır. Deyir, bunu ancaq sizin verilişə gətirmişəm, başqalarına aparmıram”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru