Şou-biznesə onlar nəzarət edəcək- "Tolik, Aqşin, Roza və..." - VİDEO

18-06-2021, 15:46           
Şou-biznesə onlar nəzarət edəcək-
Müğənni Afət Fərmanqızı şou-biznesdə yeni qurum yaratmaq istəyir.

Bağ evində Lent.az-a açıqlama verən ifaçı bunun üçün prodüser Tolikə, meyxanaçı Aqşin Fatehə, həmkarı Roza Zərgərliyə müraciət edib:

“Mən bir dəfə Tolikə zəng etdim, dedim ki, niyə sakit oturmusan? Şou əhli Tolikdən çəkinir. Çünki sözünü deyə bilir. Düşünürəm ki, şou-biznesdə 4-5 nəfər birləşib bir qurum yaratmalıyıq. Qurumun da adı “Şou-biznesə nəzarət” olmalıdır. Çərçivədən çıxanı saçlamaq lazımdı. Bu qurumda başda prodüser Tolik, meyxanaçı Aqşin Fateh, müğənni Roza Zərgərli və mən olmalıyam. Niyə bu adamlar olmalıdır? Çünki onların sözlərini çatdıra bilirlər. Gəlin biz yığışaq, şou aləmində senzura yaradaq. Kim özünü apara bilməsə, onu sosial şəbəkələrdə də məhv edəcəyik. Harda da dostumuz, tanışımız var, onlara tapşıracağıq ki, çaşanı çəkməsinlər. Bunu eləməyə bizim gücümüz var.
Buradan üzümü tuturam Tolikə, Rozaya, Aqşin Fatehə, gəlin birləşək, bir qurum yaradaq. Çıxıb ər davası edənləri hər yerdən yığışdıraq. İndi televiziyalar sosial şəbəkədə partlayış edənləri çağırırlar. Sosial şəbəkədə 99% əxlaqsızlar partlayış edir. Sənət yox, əxlaqsızlığı təbliğ edirlər”.

Qeyd edək ki, iddialara görə, bundan öncə şou-biznesə mərhum Xalq artisti İlhamə Quliyeva nəzarət edirdi. Hətta mərhum müğənni zamanında bir neçə müğənniyə efir qadağası qoydurmuşdu.
шаблоны для dle 11.2



Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.