“Jara” festivalına tamaşaçılar buraxılmayacaq

24-06-2021, 20:52           
“Jara” festivalına tamaşaçılar buraxılmayacaq
Bu il “Jara” beynəlxalq musiqi festivalına tamaşaçılar buraxılmayacaq.

Bizimxeber.az xəbər verir ki, bu barədə festivalın təşkilatçısı, Xalq artisti Emin Ağalarov bildirib. Müğənni bu qərarın Moskva vilayətinin qubernatorunun koronavirusla bağlı məhdudiyyətlərlə bağlı fərmanı ilə əlaqədar olduğunu deyib:“Təəssüf hissi ilə deyirəm ki, “Jara” festivalı 24-27 iyun tarixlərində planlaşdırılan formatda keçirilməyəcək.

Moskva vilayəti qubernatorunun məhdudiyyətlərlə bağlı fərmanına əsasən, tamaşaçılar “Krokus Siti Holl”a buraxılmayacaq. Festival tele-formatda lentə alınacaq və Birinci kanalda yayımlanacaq. Bu səbəbdən 2-25-26-27 iyun tarixlərinə olan biletlər etibarsızdır”.

Emin həmin biletləri 4 aprel 2022-ci il (Krokus Siti Holl), 27-31 iyul 2022-ci ildə (Bakı) keçiriləcək mükafatlandırma mərasimlərinə, həmçinin, 2021-2022-ci ildə “Krokus Siti Holl”da keçiriləcək istənilən konsertə dəyişməyi təklif edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru