“Yaydır, qaz mürəbbə bişirməyə ən çox gedir, gecə edərsiniz...” - Lalə Azərtaş (VİDEO)

2-07-2021, 00:02           
“Yaydır, qaz mürəbbə bişirməyə ən çox gedir, gecə edərsiniz...” -
"Qiymət artımı bir azca cibinizi də yaracaq. Axı niyə də deməyin. Çünki günahkar və suçlu bəllidir, məlumdur. Bu koronavirusdur".

Manset.az xəbər verir ki, bu fikirləri teleaparıcı Lalə Azərtaş Tarif Şurasının təbii qazın tarifləri ilə bağlı qəbul etdiyi qərara münasibət bildirərkən deyib.

L.Azərtaş deyib ki, koronavirus pandemiyasının yaratdığı iqtisadi məhdudlaşmalar, habelə dünya ölkələrindəki ayrı-ayrı istehlak məhsullarının istehsal həcminin aşağı düşməsi dünya iqtisadiyyatına və təbii ki, beynəlxalq bazarlara öz təsirini göstərib: "Son 1 ildə dünya bazarındakı bütün əsas ərzaq məhsulları üzrə qiymətlər davamlı şəkildə artdı. İndi soruşuram qazın qiyməti niyə artmasın? Qoyun, artsın. Hələ qazın gecə və gündüz tarifi də müəyyən edilsin. Yaydır, qaz mürəbbə bişirməyə ən çox gedir. Gecə edərsiniz bütün bunları ki, ağzınız kimi cibiniz də dada gəlsin".













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru