Alen Delon kinoya qayıdır: “Bu, son filmim ola bilər"

2-07-2021, 07:50           
Alen Delon kinoya qayıdır:
Fransanın məşhur aktyoru Alen Delon böyük ekrana qayıtmaq niyyətindədir.

“Report” xəbər verir ki, bu barədə o, “France 5” telekanalına müsahibəsində bildirib.

"Mən yenə ekrana qayıdacağıma ümid edirəm”, - aktyor qeyd edib: “Mümkündür ki, bu, son filmim olsun. Və o çox gözəl olmalıdır".

Aktyor əlavə edib ki, görkəmli rejissorlardan biri ilə, məsələn, Liza Azuelosla işləmək istəyir.

"Mən sonra gedə biləcəm, artıq heç nə edəsi deyiləm", - aktyor vurğulayıb.

Delonun kinoda son rolu "Tam bənzərlik" filmi (“Toute resemblance", 2019) olub. Ekran əsəri 2019-cu ilin may ayında 72-ci Kann Film Festivalında “Qızıl palma budağı” mükafatına layiq görülüb. Elə həmin ilin iyununda onun qızı aktyorun insult keçirdiyini, bundan sonra İsveçrədə müalicə olunduğunu bildirib.

Qeyd edək ki, 85 yaşlı Delon 90-dan çox filmə çəkilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru