Conni Deppin qalmaqalla ayrıldığı keçmiş həyat yoldaşı ana oldu - FOTO

3-07-2021, 08:07           
Conni Deppin qalmaqalla ayrıldığı keçmiş həyat yoldaşı ana oldu - FOTO
Tanınmış amerikalı aktyor Conni Deppin keçmiş həyat yoldaşı 35 yaşlı Amber Hörd ana olduğunu elan edib.

Hollivud ulduzu bu barədə özünün “Instagram” hesabından bildirib.

Hördün sözlərinə görə, Una Peyc adlı qızı aprel ayında dünyaya gəlib, ancaq o, bu barədə indi xəbər verib.

“O, mənim donmuş həyatımın başlanğıcıdır”, - deyə aktrisa qızı haqqında vurğulayıb.
“Page Six” nəşrinin məlumatına görə, uşağı surroqat ana dünaya gətirib. Aktrisa hələ 4 il əvvəl uşaq sahibi olmaq istədiyini qeyd edib.

Hörd uşağın atasının adını açıqlamayıb.

Qeyd edək ki, amerikalı aktyor Conni Deppin keçmiş həyat yoldaşı Hörd ərini məişət zorakılığnda ittiham edərək ondan boşanmışdı.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru