“Ərtoğrul 1890” filminin təqdimatı olacaq
27-02-2016, 00:06
Martın 2-də «Nizami» Kino Mərkəzində Yaponiya və Türkiyənin birgə istehsalı olan “Ərtoğrul 1890” filminin təqdimatı olacaq. Mərkəzdən verilən məlumata görə, filmin təqdimat mərasiminə Yaponiya və Türkiyə səfirliklərinin təmsilçilərinin də qatılacağı gözlənilir.
Virtualaz.org xəbər verir ki, 2015-ci ildə rejissor Mitsutoshi Tanakanın tarixi dram janrında çəkdiyi filmdə Kenan Ece, Shioli Kutsuna, Seiyo Uchino, Alican Yücesoy, Uğur Polat, Mehmet Özgür, Tamer Levent, Melis Babadağ, Murat Serezli, Deniz Oral, Naoto Takenaka, Hakkı Haluk Cömert rol alıb.
Filmin mövzusu Yaponiya və Türkiyə arasında dostluğun möhkəmlənməsində böyük rol oynayan iki gerçək tarixi hadisə haqqındadır. Filmdə 1890-cı ildə yapon sularında batan Osmanlı savaş gəmisi “Ərtoğrul”un qəmli hekayəsi və yaponların gəmi heyətini qurtarmaq cəhdləri, eyni zamanda 1985-ci ildə İran-İraq müharibəsi zamanı Tehranda çarəsiz qalan 215 yapon vətəndaşının Turqut Özalın səyi nəticəsində «Türk Hava Yolları» vasitəsilə xilasından bəhs edilir.