Alen Delon: Amerikada yaşasaydım, Baydenə səs verərdim

6-07-2021, 00:09           
Alen Delon:
"Putin öz işinin öhdəsindən çox yaxşı gəlir"

Fransalı aktyor Alen Delon siyasətdən danışıb.

O, “TV5” kanalına müsahibəsində Rusiya prezidenti Vladimir Putini “bacarıqlı insan” adlandırıb.

Ardınca isə qeyd edib ki, əgər Amerikada yaşasaydı, prezident seçkilərində Co Baydenə səs verərdi.

“Putinlə görüşmək imkanım olub. Belə bir nəhəng ölkəni uzun illər idarə etmək çox çətindir, amma o, bunu edir. Putin bunu necə edir bilmirəm, amma öz işinin öhdəsindən çox yaxşı gəlir”, - Delon bildirib.

Yeri gəlmişkən, 85 yaşlı aktyor yenidən kinoya qayıtmaq istəyir.

Bu haqda “France 5” telekanalına müsahibəsində danışan Delon: “Bəlkə də, bu mənim son filmim olacaq”, – deyib.

Son ekran işinin görkəmli rejissor tərəfindən çəkilməyini istəyən sənətçi bundan sonra kino ilə heç bir işi qalmayacağını əlavə edib.

Alen Delon kino karyerası dövründə 90-dan çox filmə çəkilib.

“Parlaq günəşdə”, “Rokko və qardaşları” və “Qara lalə” kimi filmlərin nümayişindən sonra məşhurlaşıb.

Onun çəkildiyi son film, 2019-cu ildə ekranlaşdırılan “Tam bənzərlik” olub.

Aktyor həmin ilin mayında 72-ci Kann Film Festivalında “Qızıl Palma budağı”na layiq görülüb.meydantv












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru