Azərdən keçmiş həyat yoldaşı Vüsaləyə İSMARIŞ - FOTO/VİDEO

6-07-2021, 10:29           
Azərdən keçmiş həyat yoldaşı Vüsaləyə İSMARIŞ - FOTO/VİDEO
"Həyatım o qədər gözəldir ki, hər kəsə gözəl gün arzu edirəm. Ailə gözəl şeydir. Ailədə ən vacib bilirsiniz nədir? Sevgi. O sevgini tapmaq özü qismətdir".

Publika.az xəbər verir ki, bu sözləri tanınmış aparıcı Azər Zahid instaqramda həyat yoldaşı ilə birgə paylaşdığı fotoya yazıb. Xanımına olan sevgisini dilə gətirən aparıcı sözlərinə belə davam edib:

"Mənim qismətimə yazılan talenin bu qədər xoşbəxt olması o deməkdir ki, Allah hər şeyi zamanla, vaxtında, vədəsində yetirdi. Hər kəsə xoşbəxt dəqiqə və gün arzu edirəm".

Məlumat üçün bildirək ki, bir neçə gün əvvəl Azər Zahidin keçmiş həyat yoldaşı Vüsalə Əlizadə "Onun sirri" verilişində ilk dəfə boşanmasından danışmışdı:

"Artıq 9 ildir ki, ayrılmışıq. Bu günə qədər heç bir yerdə onunla və ailəsi ilə bağlı heç bir xoşagəlməz ifadə işlətməmişəm. Bunu aldığım ailə tərbiyəsinə, insani keyfiyyətlərimə və qız uşağı böyütməyimə sığınaraq etməmişəm. Hər hansı məbləğ 500 manat, 1000 manat, milyon belə məni bu mövzuda danışdıra bilməz. Mənə çox təzyiqlər olub, adım hallanıb, amma susmuşam. Deyəcəklərim də, sözüm də var, hər şey arxivdir. Övladım zamanı, məqamı gələndə həyatı anlayacaq, hər şeyi biləcək. O insanla bağlı heç nə danışmaq istəmirəm. Öz ailəsi, həyatı var, özü bilər, həyatını yaşasın. Övladımla çox xoşbəxtəm. Onun sevgisi mənə dünyadır.

Ailənin içi, Allah, qohum-əqrəba bilir ki, mənim bir qram belə səhvim olmayıb. Sadəcə, biz anlaşmamışıq və böyük problemlərimiz də bundan yaranıb. Sağlamlığımı belə təhlükəyə atıb övlad dünyaya gətirmək üçün ölümə imza atan qadınam. Azərbaycanda ilk qadınam ki, böyrək köçürülməsindən sonra övlad dünyaya gətirmişəm. Bu bir tərəfdən qəhrəmanlıq olsa da, digər tərəfdən mənim həyatım idi. Kimin üçünsə adi gələ bilər, amma çox qadınların risk etmədiyi addım idi ki, atdım. Təklif olundu ki, uşağı tələf etməlisən. Mən isə sənəd istədim, imzalayıb çıxdım. Ailəmi qorumaq üçün hər riskə getmişəm".

Qeyd edək ki, Vüsalə Əlizadə aparıcı Azər İsmayılovla 2013-cü ildə ayrılıb. Onların bu nikahdan Dilək adlı qız övladları var.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.