Yeni telekanal açılacaq: 6 namizəd var

7-07-2021, 21:54           
Yeni telekanal açılacaq: 6 namizəd var
İxtisaslaşmış (təhsil və elmi-maarifləndirici) ümumrespublika televiziya kanalının açılması üçün (Bakı şəhəri və Abşeron yarımadası ərazisində SD yayım üçün 48-ci TV kanalı, HD yayım üçün 34-cü TV yayım kanalı) 7 iyun 2021-ci il tarixdən 7 iyul 2021-ci il tarixədək Milli Televiziya və Radio Şurasının (MTRŞ) elan etdiyi müsabiqə üçün sənəd qəbulu başa çatıb.
Bu barədə MTRŞ-dan məlumat verilib.

Müsabiqə çərçivəsində 6 iddiaçı Şuraya sənədlərini təqdim edib:

"APA Mark" MMC;
"Təhsil TV" MMC;
"Balans Studiyası" MMC;
"İNS ÇM" MMC;
"İsti Press" MMC
"Medical Media" MMC

"Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının Qanunun 19.1-ci maddəsinə əsasən, Milli Televiziya və Radio Şurası müsabiqəyə sənəd qəbulunun başa çatmasından sonrakı 30 gün ərzində iddiaçıların sənədlərini araşdırıb müsabiqənin nəticələri barədə qərar qəbul etməlidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru