Rusiyalı məşhur müğənni səhnədən getməyə hazırlaşır

8-07-2021, 07:44           
Rusiyalı məşhur müğənni səhnədən getməyə hazırlaşır
Rusiya Xalq artisti Oleq Qazmanov musiqi karyerasına son verməyi qərara alıb.

Bu barədə o TASS-a müsahibəsində deyib.

İndi 70 yaşlı sənətçi “7:0 mənim xeyrimə” proqramı ilə qastrol səfərindədir.

“Musiqi karyeramın bitdiyini elan etməyi düşünürəm. Bəlkə də bu tur sonuncu olacaq”, - deyə Qazmanov bildirib.

Qazmanov vurğulayıb ki, həmin açıqlamanı tamaşaçıları konsertlərinə cəlb etmək üçün vermir.

“Bununla bağlı onsuz da hər şey qaydasındadır”, - deyə musiqiçi etiraf edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru