Kventin Tarantino təqribən bir əsrlik tarixi olan kinoteatrı alıb - FOTO

8-07-2021, 07:55           
Kventin Tarantino təqribən bir əsrlik tarixi olan kinoteatrı alıb - FOTO
“Oscar” mükafatı laureatı Kventin Tarantino Los-Ancelesdə şəhərində qədim “Vista” kinoteatrını alıb.

THR-in məlumatına görə, bu barədə məşhur rejissorun özü elan edib.

O, koronavirus pandemiyası səbəbiylə bağlanan bir otaqlı bir kinoteatrın, ehtimal ki, bu ilin sonunda açılacağını bildirib.

“Sansetdəki “Vista”nı aldım. Ehtimal ki, Milada kimi açarıq. Orada həm köhnə, həm də yeni filmlər təqdim olunacaq. O, “New Beverly Cinema”ya (Tarantinonun daha bir kinoteatrı) oxşamayacaq, oranın öz atmosferi var. “Vista” - kral tacında gözəl bir mirvaridir”, - deyə o vurğulayıb.

Qeyd edək ki, 400 nəfərlik “Vista” kinoteatrının təqribən bir əsrlik tarixi var. İlk dəfə o, 1923-cü ilin oktyabrında açılıb. İllər keçdikcə burada həm vodevil, həm də film nümayişləri olub.

Xatırladaq ki, “Oskar”, “Qızıl Palma Budağı”, “Qızıl Qlobus”, həmçinin Britaniya kino və televiziya incəsənətləri akademiyası mükafatları laureatı Kventin Tarantino bu yaxınlarda onuncu filmini çəkdikdən sonra kinodan ayrılacağını açıqlayıb.oxu
















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.