Dünyaca məşhur reper Azərbaycanın xalq mahnısından istifadə edib VİDEO

10-07-2021, 07:18           
Dünyaca məşhur reper Azərbaycanın xalq mahnısından istifadə edib  VİDEO
Rusiyada məşhur olan reper "Yasəmən" (Лиловая) adlı mahnısında Azərbaycan xalq mahnısı "Qubanın ağ alması"nın musiqisindən istifadə edib.
Məşhur reper Cah Xalib adı ilə tanınan məşhur rep ifaçısı, prodüser və müğənni Bəxtiyar Məmmədov yeni musiqisində Azərbaycanın xalq mahnısından istifadə edib. Sputnik Azərbaycan xəbər verir ki, Rusiyada məşhur olan reper "Yasəmən" (Лиловая) adlı mahnısında Azərbaycan xalq mahnısı "Qubanın ağ alması" musiqisindən istifadə edib.

Məlumat üçün bildirək ki, azərbaycan əsilli müğənni Qazağıstanın Almatı şəhərində doğulub. Əsasən Rusiyada sevilən reper "Hamısı ya da heç bir şey", "Bu gün səni tapdım", "Sevgi mahnısı", "911", "Dəniz ", "Göstərişlər", "İçindəki güc", "Məni izlə", "Leyla" və s. kimi mahnıların müəllifidir. Müxtəlif illərdə "Jara" müsabiqəsinin iştirakçısı olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru