"O, canından keçəndə soruşurdu nə qazanacam?" - ETİRAZ

10-07-2021, 14:08           
"O, canından keçəndə soruşurdu nə qazanacam?" - ETİRAZ
Xalq artisti Flora Kərimova müğənniləri tənqid edib.

İfaçı bu haqda "Xəbər-ətər" verilişində danışıb. O bildirib ki, sənət adamları qazi, şəhid ailələrinin xoş gününə pulsuz gedib, sonra onu reklam edirlər:

"İnstaqramda oxudum ki, müğənnilər gedirlər qazi, şəhid ailələrinin xoş gününə. Deyirlər pulsuz getdim. Utanmırsız? O, canından keçəndə soruşurdu nə qazanacam? Bunu dilə gətirmək olmaz. Bəs, onların ailəsi? Qazini ailə başçısı görür, əlsiz, ayaqsız. Kiməsə minnət qoyursuz. Yaxşılıq itirirlər. Allahdandır insansevərlik, düşüncə. Allah ya verir, ya vermir. Qurbanolduğum yaratdığını sevirsə, ona mükəmməllik, düşüncə verir. Birini gözdən salmaq istəyirsə, ağlını, düşüncəsini əlindən alacaq". //Axşam.az//












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru