Vüqar Əhməd AzTV-ni topa tutdu, açdı sandığı tökdü pambığı - ŞOK FAKTLAR

28-02-2016, 18:49           
Vüqar Əhməd AzTV-ni topa tutdu, açdı sandığı tökdü pambığı - ŞOK FAKTLAR
“Cənab prezident İTV-yə bir nəzər salsa əla olardı. Orda da mühasib var rəhbərlikdə-daha doğrusu kassir, ekranı idarə edir, qadağalar qoyur, kassirlik edir çirkli pullara. AZTV sultanının İTV-dəki elçisidir. İTV-nin rəhbərinin adı gedir, sanki heç bir səlahiyyəti yoxdur. İTV AZTV 2 kimi fəaliyyət göstərir”.
Bunu Moderator.az-a açıqlamasında AMEA-nın baş elmi işçisi, filologiya üzrə elmlər doktoru, professor Vüqar Əhməd bildirib.
Vüqar Əhməd deyib ki, kanal uzun illər AzTV-nin qonorar şöbəsinin müsahibi tərəfindən idarə olunur: “Həmin şəxs AzTV-də işləyəndə Alışanovun özü kimi yaxşı oğlanlardan biri idi. Bu köpəkoğlunun pulu və vəzifəsi məmurları necə tez dəyişir. Bu boyda Mahmudov-Çovdarov zırıltısı baş verdi. İcra başçılarını cənab prezident sıxıb divara. Amma gör heç bunların vecinədir? Ekran-efir qalıb bir qırağa düşüblər ömrünü televiziyaya həsr eləmiş dilçi professorun üstünə”.
Professor AzTV-də Qulu Məhərrəmlinin əleyhinə hazırlanmış verilişə də toxunub: “AzTV-nin 2 saat 44 dəqiqəlik tragikomik filmində çıxış edənlərə ürəyim ağrıdı. Onların çoxu AzTV-nin tərəqqisində xidmətləri olan ləyaqətli televizyonçu-jurnalistlərdir. İnsafən Alışanova yaraşmayan bir hərəkətdir. Arif müəllimdən bunu gözləməzdim. Qulu müəllimlə bir ton çörək kəsiblər. Qulu müəllim yaradıcı insandır. Alışanov köhnə dostuna bir addım atsaydı, Qulu Məhərrəmli duz-çörək xətrinə bəlkə də nöqsanlara göz yumub iki addım atardı. Özününüz görürsüz ki, möhtərəm prezidentin son vaxt gözündən heç nə qaçmır-AzTV sədrinin bir çox səlhiyyətləri alındı. Qulu müəllimi məhkəməyə verib nə udacaqlar?Zibillərin üstü açılacaq, yalançı şahidlər sonra təzə sədrlə necə işləyəcəklər? Elə bilməyin Qulu müəllimi dəstəkləyirəm. Mən A.Alışanovla daha yaxın olmuşam, bu gün də görüşəndə salamlaşıb görüşürəm. 19 il can qoyduğum AZTV-də qadağan olunsam da belə. Alışanovun qardaşı ilə bir blokda yaşayıram və çox yaxşı münasibətimiz var. Dəfələrlə demişəm ki, mən Alışanovun pepressiyasına məruz qalsam da ailəsi ilə toyuma gəlib, anamın dəfnində iştirak edib. O gün olsun mən də onun övladlarının toyunda iştirak edim. Allah rəkmət eləsin İlhamə xanıma-gördüz qalmaqalların sonu nə oldu?Təzadlı ölüm. Mənə belə gəlir ki, Qulu Məhərrəmli ilə Arif Alışanov təcili barışmalıdır-bir millətin övladlarıdır. Arif müəllimdən köhnə dost kimi xahişim odur ki, sülhdən gözəl yoxdur, barışıq yolu tutsun.Yoxsa cənab prezident AzTV, İTV, Mədəniyyət, İdman TV-yə nəzər salsa Qulu heç nə itirməyəcək, onun da mən bədbəxt kimi bir qələmi var. Əuzi-billahi minəş-şeytani rəcim…….
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.