Şadlıq sarayalarında qiymətlər necədir? - AÇIQLAMA

12-07-2021, 16:41           
Şadlıq sarayalarında qiymətlər necədir? - AÇIQLAMA
Şadlıq saraylarında qiymətlərdə artım müşahidə edilir.

Bu barədə Trend-ə Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

V.Bayramov bildirib ki, monitorinqlər nəticəsində şadlıq saraylarında qiymətlərin artması müəyyən olunub:

“Apardığımız monitorinqlər göstərir ki, karantin qaydaları yumşaldıldıqdan sonra şadlıq saraylarında və digər istirahət mərkəzlərində, o cümlədən turizm obyektlərində qiymət artımı müşahidə olunub.

Qiymət artımları yalnız Bakı şəhərində yerləşən şadlıq saraylarında deyil, eyni zamanda rayonlarda yerləşən şadlıq saraylarında və şənliklər keçirilən digər istirahət mərkəzlərində də qeydə alınıb. Bu ilk növbədə karanatin rejimi ilə əlaqədar uzun müddət toyların və şənliklərin keçirilməməsi ilə bağlıdır. Çünki toyların keçirilməsinə icazə verildikdən sonra tələb yüksəlib və tələb yüksəldikdən sonra sahibkarlar tərəfindən qiymətlərin artırılması həyata keçirilib”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru