Nadir Qafarzadə cihada çağırış edib? - FOTO / AÇIQLAMA

12-07-2021, 20:35           
Nadir Qafarzadə cihada çağırış edib? - FOTO / AÇIQLAMA
“Pantural” kimi tanınan məşhur bloqerin (Tural Səfərov) dünən İnstaqramda paylaşdığı videoda səsləndirdiyi fikirlər cəmiyyətdə ajiotaja səbəb olub. Belə ki, o, kişilərə xitab edərək ictimai yerlərdə onları şəhvətləndirən qadınlara qarşı seksual xarakterli zorakılıq əlamətləri törətməyə çağırış edib.

Redaktor.az xəbər verir ki, bloqeri qınayanlarla yanaşı onun bu fikirlərini dəstəkləyənlər də olub.
Tanınmış müğənni Nadir Qafarzadə də bu fikirləri dəstəklədiyinə görə tənqid atəşinə məruz qalıb.

O, sözügedən paylaşıma yazılan şərhlərdən birni bəyənib. Həmin şərhdə qeyd olunub ki, əgər bloqer həbs olunarsa “qeyrət cihadı" ediləcək.

Lakin sonradan bu şərh sosial mediada Nadir Qafarzadənin paylaşımı kimi təqdim olunub.

Mövzu ilə bağlı saytımıza açıqlama verən müğənni bildirib ki, o, belə bir paylaşım etməyib. Sadəcə paylaşıma yazılan şərhlərdən birni bəyənib:

“O yazı mənə aid deyil. Mən sadəcə şərhi bəyənmişəm. Burada nə var ki?!”













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru