Hülya Avşar instaqramda son paylaşımı ilə gündəmə gəlib.
Publika.az xəbər verir ki, 57 yaşlı müğənni və aktrisa hər yay tətilində olduğu kimi, bu dəfə də ənənəsinə sadiq qalaraq bikinili fotolarını paylaşıb. Ulduzun bağ evindən paylaşdığı foto qısa müddətdə izləyicilərin diqqətini çəkib.
Qeyd edək ki, Hülya Avşar ideal formada qalmaq üçün illərdir ki, həm üzgüçülük, həm də tennislə məşğul olur.