Leonardo Di Kaprio `Oscar` aldı
29-02-2016, 11:24
Amerika Kino Akademiyası 88-ci “Oskar” mükafatlandırma mərasimində səhnəyə çıxacaq məşhurların adlarını açıqlayıb
Fevralın 28-də Los-Ancelesdəki “Dolbi” teatrında keçiriləcək mərasimdə tamaşaçılar səhnədə aktrisa Vupi Qoldberqi, müğənnilər Farrell Uilyams və The Weekndi, eləcə də Benisio del Toronu, Kevin Hartı, Tina Feyi, Rayan Qoslinqi, Ledi Qaqanı, Sem Smiti, Şarliz Teronu və Ceykob Trambleni görüblər.
AzVision.az xəbər verir ki, 2016-cı ilin ən yaxşı rejissoru nominasiyasında `Sağ qalmış` filminin rejissoru Alehandro Qonsales İnyarittu qalib gəlib. Qeyd edək ki, o ötən ildə `Birdman` filminə görə bu mükafata sahib çıxmışdı.
İlin ən yaxşı filmi nominasiyasında `Diqqət mərkəzində` (Spotlight) filmi qalib gəlib.
2016-cı ildə ən yaxşı kişi roluna görə, Leonardo Di Kaprio, ən yaxşı qadın ifaçısı isə `Otaq` filmində rol alan Bri Larson qalib gəlib.
Ən yaxşı ikinci dərəcli kişi roluna görə, `Casus körpüsü` filmində rol alan, Mark Raylans, ən yaxşı ikinci dərəcli qadın roluna görə isə `Danemarkadan olan qız` filmində rol alan Alisiya Vikander qalib gəlib.