Seymur Baycandan Tolikə cavab: - “Kitabın ilk səhifəsinə yazacam ki...”

29-02-2016, 21:50           
Seymur Baycandan Tolikə cavab: - “Kitabın ilk səhifəsinə yazacam ki...”
“Tolik böyük alicənablıq nümayiş etdirdi.” Seymur Baycan Kulisə açıqlamasında belə deyib.

O, daha sonra bildirib ki, Tolik bir çoxlarından fərqli olaraq yazdığı müraciəti daha anlayışla qarşılayıb: “Hətta kitabın nəşrinə maddi yardım göstərməsə belə göstərdiyi mənəvi dəstəyə görə ona minnətdarlığımı, təşəkkürümü bildirirəm. Bu vaxta qədər kitablarımın nəşr olunmasına maddi dəstək verən adamların adlarını açıqlamamışam. Bəziləri heç bunu özləri də istəməyib. Amma Tolik kitabın nəşrinə maddi dəstəyini göstərsə kitabın elə ilk səhifəsindəcə iri və qara şriftlərlə yazacam ki, kitabın nəşrində göstərdiyi maddi və mənəvi dəstəyə görə prodüser Tolikə öz minnətdarlığımı bildirirəm.”

Xatırladaq ki, Seymur Baycan sosial şəbəkədə kitab çap etmək üçün müraciət etmiş, Tolik də ona kömək etməyə hazır olduğunu bildirmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru