Çingiz Mustafayev Ukraynada çətin anlar yaşadı, ancaq münsifləri heyran etdi (VİDEO)

29-02-2016, 22:49           

Azərbaycanlı gənc ifaçı Çingiz Mustafayev "Ukraynanın Səsi" musiqi yarışmasında ilk səhnəsinə çıxıb.

BAKU.WS məlumat verir ki, Çingiz yarışmaya Gipsy Kingsin "Bamboleo" mahnısı ilə qatılıb. Həmyerlimiz səhnədə mahnını ifa edərkən gitarasında problem yaranıb. Buna baxmayaraq Çingiz ifasına səhnədə olan musiqiçilərin müşayiəti ilə davam edib. O, münsiflərin dördünü də döndərməyi bacarıb. Çingiz münsiflərdən Svyatoslav Vakarçuku seçərək onun komandasına daxil olub.

Qeyd edək ki, "Ukraynanın səsi" musiqi yarışmasında münsiflər kürsüsündə Tina Karol, İvan Dorn, Svyatoslav Vakarçuk və Aleksey Potapenko (Potap) əyləşib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru