Kann Film Festivalının qalibləri bəlli oldu

18-07-2021, 09:56           
Kann Film Festivalının qalibləri bəlli oldu
74-cü Beynəlxalq Kann Festivalının qalibləri mükafatlandırılıb.

Modern.az xarici KİV-lərə istinadla xəbər verir ki, nəticələrə əsasən “Qızıl Palma Budağı” mükafatını fransız rejissor Julia Dukornonun “Titan” filmi qazanıb. Finlandiyalı rejissor Yuxo Kuosmanenin “6 nömrəli kupe” və iranlı rejissor Əsgər Fərhadinin “Qəhrəman” filmləri Qran-pri mükafatına layiq görülüb. Leos Karaks “Annett” filminə görə ən yaxşı rejissor, Rusuke Xamaquti “Mənim maşınımın sükanı arxasına keç” filminə görə ən yaxşı ssenarist seçilib.

Qeyd edək ki, iyulun 7-də başlayan Kann Film Festivalının münsiflər heyətinə amerikalı aktyor Spike Li sədrlik edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru