Britaniyalı teleulduz Avstarliyada karantin tədbirlərini ələ saldı: Deportasiya ediləcək

20-07-2021, 08:12           
Britaniyalı teleulduz Avstarliyada karantin tədbirlərini ələ saldı:
Britaniyalı teleulduz və siyasi şərhçi Keti Hopkinsi Avstraliyadan deportasiya edəcəklər.

ABC telekanalı məlumat verir ki, bu barədə Avstraliyanın daxili işlər naziri Karen Endryus bildirib.

Teleulduzun deportasiya olunmasına səbəb onun ölkədəki COVID-19-la əlaqəli karantin tədbirlərini ələ salması olub.

Belə ki, Avstraliyaya televiziya serialının çəkilişləri üçün gəlmiş Hopkins “Instagram”da video yerləşdirib.

Videoda karantin zamanı hoteldə ona yemək gətirən işçini maskasız və çılpaq şəkildə qorxudacağını deyib. Sonra isə o videonu sosial şəbəkə hesabından silib.

Eyni zamanda, 30 min avstarliyalının məhdudiyyətlərlə əlaqəli vətənə qayıda bilmədiyi halda, Hopkinsin ölkəyə buraxılması əhali arasında narazılıqlara səbəb olub.oxu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru