"Kurtlar Vadisi Pusu" yayımlanmaya bilər - SƏBƏB / FOTO

20-07-2021, 08:36           
"Kurtlar Vadisi Pusu" yayımlanmaya bilər -
Hər kəsin maraqla gözlədiyi “Kurtlar Vadisi Pusu” serialı yayımlanmaya bilər.

KONKRET.az haberler.com-a istinadən xəbər verir ki, bir zamanlar Türkiyənin ən reytinqli seriallarından biri olan ekran işinin yayımı sentyabra planlaşdırılırdı. Lakin ötən aylarda “Polad Alemdar” obrazı ilə yaddaşlara həkk olan Necati Şaşmazın üzv olduğu məzhəbin zikr mərasimi zamanı görüntüləri gündəm yaradıb.

Türkiyə mətbuatında yer alan xəbərlərə görə, aktyor azyaşlı oğlunu da dini mərasimlərdə “İmam Mehdi” kimi təqdim etməsi birmənalı qarşılanmayıb. Bundan sonra ekran işinin yayımlanacağı “Show TV” kanalı aktyorla olan sazişi rədd edib. Hətta seriallın növbəti bölümlər üçün olan çəkilişləri də dayandırılıb.

Bildirək ki, məşhur aktyor Necati Şaşmaz isə yayılan xəbərlərlə bağlı heç bir açıqlama verməyib.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.