Afaq Aslan hamıdan gizlin biznesmenlə nişanlandı - 7 ölkədə şirkəti olan iş adamının FOTOSU

21-07-2021, 13:03           
Afaq Aslan hamıdan gizlin biznesmenlə nişanlandı -
Müğənni Afaq Aslan nişanlanıb.

Yenicag.az-a açıqlama verən Afaq kanadalı iş adamı olan nişanlısı ilə restoranların birində tanış olduğunu deyib:

“Nişanlım müsəlmandır, Kanadada doğulub, yaşayıb. Kanada, Honq Konq, Çin, Sinqapur, Amerika, Hindistan və Dubayda nüfuzlu biznesmendir, orada şirkətləri var. Əsas biznesi Kanadadadır və toydan sonra orada yaşayacağıq.

Restoranda tanış olmuşuq və ilk baxışdan məhəbbət oldu.

İlk gündən ona “yox” dedim və sevmədiyimi bildirdim. Amma 4 ay ərzində böyük sevgisi ilə məni özünə aşiq etməyi bacardı. Nişanımız olub. Yaşda məndən böyükdür, amma deməyim nə qədər”.

Müğənni dəqiq toy tarixini açıqlamayıb, planlaşdırdıqlarınl qeyd edib.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.