Xalq artistinin qardaşı qızının ŞOK SƏS YAZISI - VİDEO

23-07-2021, 17:58           
 Xalq artistinin qardaşı qızının ŞOK SƏS YAZISI - VİDEO
Xalq artisti Səfurə İbrahimovanın ölümündə ittiham olunan qardaşı qızı Könül İbrahimovanın "Səni axtarıram" verilişində səs yazısı yayımlanıb.

Publika.az xəbər verir ki, səs yazısında K.İbrahimova bibisindən gileylənib, ona çətinliklə baxdığını etiraf edib:

"Öləndə bu yaşda ölsün. 84 yaşı var, yaxşı yeyib, gəzib. Məni çürüdüb, qalmışam pis. Məni yerdə yatızdırır. Bankda 300 min pulu var, deyirəm, bibi, bir yataq al yatım. Qonşu gəlir deyir ki, qız sənə baxır, heç bir qohum sahib çıxmır. Xəstələnirəm, bir banka zoğal mürəbbəsi almır. Deyir, orda heyva var, get ye. Deyirəm, milyonların var, ver gedim dərman alım. Pulqabısında 2-3 min pul var. Mənə fərqi yoxdur, it öldü, bu öldü. Mənə dağ qoyur. Pis, yaxşı evim var, gəlib qalmışam burda".

Yayılan səs yazısından sonra Könül İbrahimova açıqlama verməkdən imtina edib.

Qeyd edək ki, Səfurə İbrahimovanın ölümü aktrisa Məlahət Abbasova tərəfindən gündəmə gətirilib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru