“Heç sağ-salamat gəlməyəydi” - Xalq artisti

27-07-2021, 10:03           
 “Heç sağ-salamat gəlməyəydi” - Xalq artisti
“Pandemiya hər kəsə zərbə vurdu. Bu koronavirus heç sağ-salamat gəlməyəydi. Gəldi, nə qədər sənət adamı vaxtsız dünyadan köçdü”.

Bunu Yenicag.az-a açıqlamasında xalq artisti, tanınmış aktyor Yasin Qarayev koronavirusun sənət adamlarına vurduğu ziyandan danışarkən deyib.

Aktyor həmkarlarla bağlı narahatlığını dilə gətirib:

“Pandemiya hər kəsə zərbə vurdu. Bu koronavirus heç sağ-salamat gəlməyəydi. Gəldi, nə qədər sənət adamı vaxtsız dünyadan köçdü. Bir var ömür başa çata, bir də var, sanki kiminsə əlində tüfəng açılır, təsadüfən sənə dəyir. Hansı ki, heç sənin əcəlin çatmayıb. Heç gözləmədiyimiz halda, sənətkarları itirdik.

Məni narahat edən budur ki, aktyorlar formadan düşüblər. Yüzminlərlə tamaşaçısı olan stadionlar var, hamısı fəaliyyət göstərir. Yarışlar keçirilir, oyunlar oynanılır, amma teatrlar bağlıdır. Elə pyes var ki, beş nəfər oynayır, niyə onlar teatra gəlib, məşq etməsinlər? Axı aktyor, aktrisa daima formada olmalıdır. Aktyorun çənəsi belə məşq etməlidir. Çünki çənə onun danışıq aparatı, motorudur. Bu gün çənə formadan düşüb. Hələ fiziki formanı demirəm. Əgər teatrlar fəaliyyət göstərmirsə, aktyor, aktrisa formasını necə saxlasın?”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.