İlhamə Quliyevanın oğlu və bacısı miras "razborkası"nda: "Əli Mirəliyev kimdi ki, mal bölsün...":

2-03-2016, 12:49           
İlhamə Quliyevanın oğlu və bacısı miras "razborkası"nda: "Əli Mirəliyev kimdi ki, mal bölsün...":
əbər verdiyimiz kimi, Əli Mirəliyev xalq artisti İlhamə Quliyevanın mirası ilə bağlı qalmaqallı açıqlama verib. Belə ki, müğənni İlhamənin var-dövlətinin oğlu Orxana deyil, dövlətə qalacağını iddia edib.

Məsələ ilə bağlı xalq artistinin oğlu Orxan Nadirov “Qafqazinfo”ya açıqlama verib.

Orxan qeyd edib ki, İlhamə Quliyevanın mirası onu maraqlandırmır:

“Bizim ailə vəkilimiz Habil Vəliyevdir. Bu mövzuyla bağlı Habil müəllim açıqlama verir. Yəni, mən o halda, əhvalda deyiləm. Hər hansı bir yazıya açıqlama vermək istəmirəm. Mənim üçün böyük bir önəm kəsb etmir. Mən yasımla məşğulam, evimdə yas var, yas saxlayıram. Kimlərləsə mal-mülk qırğını aparmıram. Mənə onlar qətiyyən maraqlı deyil. Mənə məclisim maraqlıdır”.

Xalq artisti İlhamə Quliyevanın ölümündən sonra gündəmə gələn miras qalmaqalına bacısı da qoşulub.

Mərhum müğənninin bacısı Gülbahar Quliyeva açıqlamasında söz-söhbətlərin artacağını, tufan qopacağını bildirib:

“Əli Mirəliyev kimdi? Əli İlhamənin dayısı qızının əridir, heç kimdir. Bizim İlhamənin yasını tuturuq. Mən onun bacısıyam, biz miras davası etmirik. Ancaq İlhamə Quliyevanın doğmaları bizik. Hamı bizim kim olduğumuzu bilir. İlhamənin bizə olan münasibətindən də xəbərdardırlar. Əli Mirəliyev rəsmi nümayəndədir? Kimdir o? İlhamənin heç qan qohumuda deyil. Bacım onları heç vaxt öz yaxınına buraxmayıb. Bu söhbətlər, mal davasıdır? Vallah, ayıbdır. İlhamənin mal varlığını Allah bilir.

Bu miras kimə lazımdırsa, ona da veriləcək. Oğlu varsa, mülk oğluna qalsın. Bəlkə bir yerdən qızı da çıxdı. Xəstə qadınam, belə şeylərə əsəbiləşirəm. Ay Allah, bunlar necə adamdırlar? Bu gözlənilən bir şey idi, bilirdim ki, belə qalmaqallar olacaq. Prosesləri izləyək, çox söz-söhbət olacaq, tufan qopacaq. Bu məsələni danışanlara ayıb olsun. Bunlar öz aralarında çox vuruşacaqlar”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.