İlham Əliyevin qarşısında baş əyirəm - Manafov

3-08-2021, 00:09           
İlham Əliyevin qarşısında baş əyirəm - Manafov
66 yaşım tamam olur. Mənim üçün ikiqat bayramdır, çünki avqustun 2-də Ulu öndərimiz Heydər Əliyev Milli Kino Günü elan edib. 66 il ərzində Vətən xoşbəxtliyi yaşadım. Təsəvvür edin ki, 30 il Vətən həsrətində olasan, 44 gün ərzində o gözəl hissləri keçirəsən...

Teref.az Teleqraf.com-a istinadla xəbər verir ki, bu sözləri bu gün 66 yaşı tamam olan xalq artisti Fəxrəddin Manafov ASAN Radioya müsahibəsində deyib.

O bildirib ki, həyatında bu qədər ağlamamışdı:

“Hətta efirdə də qəhərimi saxlaya bilmirdim. 44 gün mənim 66 ilimin Vətən ilə bağlı olan ən xoşbəxt günləri idi.

Cənab Prezident İlham Əliyev bizə, şəxsən mənə ruhi azadlığı bəxş elədi. Biz 30 il idi ki, o yükün altında gəzirdik. O yükü çiyinlərimizdə, ruhumuzda, beynimizdə, yaddaşımızda, torpağımızın üstündə daşıyırdıq. Ümid edirdik, ümidlə yaşayırdıq, amma düşünürdüm ki, ay Allah, mənim ömrüm qələbəyə çatacaqmı?!

Təbii ki, nə zamansa torpaqlarımızın geri qayıdacağına inanırdım. Müzəffər Ordumuzun qarşısında baş əyirəm. Şəhidlərimizə Allah rəhmət etsin, qazilərimizi Allah qorusun.

Prezident İlham Əliyevin qarşısında baş əyirəm ki, bu 44 günü bizə bəxş etdi. Bu böyük bir bayramdır. Ad günü adi bir gündür, ən gözəli odur ki, 66 yaşımda qələbə ruhunu yaşayıram”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.