DİN-dən evlilik proqramındakı qadın haqda - Açıqlama

3-03-2016, 12:43           
DİN-dən evlilik proqramındakı qadın haqda - Açıqlama
Azərbaycanın Daxili İşlər Nazirliyi Türkiyənin ATV kanalında yayımlanan “Esra Erolda” adlı evlilik proqramında özünü polis kimi təqdim edən qadın haqda açıqlama verib.

Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə “Qafqazinfo”ya açıqlamasında deyib ki, proqramda Roza adlı xanım yanlış olaraq özünü polis kimi təqdim edib: “Həmin xanım Azərbaycanın polis orqanlarında işləmir və heç zaman polis əməkdaşı olmayıb”.

Xatıqladaq ki, sözügedən qadın proqramın ən qalmaqallı iştirakçısı kimi tanınır.
[media=https://www.youtube.com/watch?v=N6DeKjKP9NQ]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru