Toliklə Seymur Baycanın sponsorluq qalmaqalı: - “...Qeyrətdən dəm vurdular”

3-03-2016, 18:06           
Toliklə Seymur Baycanın sponsorluq qalmaqalı: - “...Qeyrətdən dəm vurdular”
Yeni kitabının çap olunması üçün sponsor axtaran yazıçı Seymur Baycana prodüser Tarix Əliyevin (Tolik) kömək etmək istəməsi neçə gündür ki, mətbuat və sosial şəbəkədə müzakirə olunur. Tolikin yazarın qarşısına şərt qoyaraq, sponsorluq etmək istəməsi yazıçılar tərəfindən birmənalı qarşılanmayıb.

Qeyd edək ki, Tolik “Əgər o kitab müxalifətyönlüdürsə, mən onda yoxam. Yox, əgər o kitab öz həyatından bəhs edirsə, ya da ki, hansısa roman, poemadırsa, onda mən kömək edəcəyəm. Mən Azərbaycanı sevən biriyəm", - deyə Seymur Baycanın qarşısına sərt qoyub.

Yazıçılar S.Baycana bu təklifi qəbul etməməyi məsləhət görüblər. Hətta Zahir Əzəmət Qaynar.info saytına açıqlamasında qeyd edib ki, o, yazıçıya sponsorluq edə bilər: “Əminəm ki, Seymur bu təklifi mədəni şəkildə rədd edəcək. Seymurun yetərli sayda dostları var ki, onun kitablarını heç bir senzura tətbiq etmədən çap edə biləcək. Biri elə mənəm”.

Musavat.com məsələ ilə bağlı Seymur Baycan ilə əlaqə saxlayıb və Tolikin şərtli təklifinə münasibətini öyrənib.

“Mən Bakıda deyiləm. Tolikin sponsorluq mövzusu mənim üçün bağlanıb. Yazar dostlarım mənim əvəzimdən nə lazımdırsa, dedilər”, - deyə yazıçı bildirib.

Saytımıza açıqlama verən prodüser Tolikin yazıçının fikirlərinə cavabı belə olub: “Allah onun dostlarının canını sağ eləsin. Dostları ona elə dayaq olsunlar ki, heç vaxt Seymur Baycan kitabının çap olunması üçün ictimaiyyətə müraciət etməsin. Onun yaxşı dostları vardısa, o sponsor axtarışına çıxmamış ona yardım edərdilər. Lakin mən sponsor olacağımı deyəndən sonra onlar qeyrətdən dəm vurdular, hamısının mənəviyyatı ortaya çıxdı, məsləhətçi oldular. Mən kitabın işıq üzü görəcəyi günü gözləyəcəyəm. Çalışacağam ki, kitabı ilk pul verib, özüm alım. Gözləyirəm, görüm hansı dostu ona kömək edəcək”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.