Millət vəkilinin qızının toyunda 300 qonaq? – Özü danışdı

5-08-2021, 12:11           
 Millət vəkilinin qızının toyunda 300 qonaq? – Özü danışdı
Qızımın toyunda 300 nəfər iştirak etməyib, karantin qaydası da pozulmayıb.

Bu sözləri Kult.az-a millət vəkili Novruzəli Aslanov deyib.

“Toyda 46 nəfər olub. İştirak edənlərdən soruşub araşdıra bilərsiniz. Saytlar qızımın toyu və şadlıq sarayının görüntüləri ilə bağlı şəkil də paylaşıb. O görüntülər bizim şadlıq sarayına aid deyil. Şəkildə xeyli adam görünür. İkincisi, axı bəy və gəlinin də şəklini düzgün verməyiblər. Onlar mənim övladlarım deyil”, - millət vəkili bildirib.

Qeyd edək ki, millət vəkili Novruzəli Aslanovun qızının toy görüntüləri ilə bağlı sosial şəbəkələrdə foto və video paylaşılıb. Toyda 300 nəfərin iştirak etdiyi, karantin qaydalarının pozulduğu bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru