“WatsApp”ın sahibi Sindi Kroufordun mülkünü aldı

14-08-2021, 07:28           
“WatsApp”ın sahibi Sindi Kroufordun mülkünü aldı
Populyar supermodel və iş qadını Sindi Krouford Beverli-Hillzdəki mülkünü satıb.

Bu barədə “New York Post” məlumat yayıb.

Dəbdəbəli malikanənin “WatsApp” messencerinin sahiblərindən biri olan Ukrayna mənşəli proqramçı Yan Kum tərəfindən alındığı bildirilib. O, daşınmaz əmlaka görə, 13,5 milyon dollar ödəyib.

500 kv/m sahəsi olan evin 5 yataq və 5 hamam otağı var.

Qeyd olunub ki, supermodel sözügedən mülkü 2017-ci ildə 11,62 milyon dollara əldə edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.