Komadan ayılan müğənni evə buraxıldı

14-08-2021, 11:41           
Komadan ayılan müğənni evə buraxıldı
İki ay komada qaldıqdan sonra ayılan müğənni MakSim xəstəxanadan evə buraxılıb.

Teref.az Axşam.az-a istinadən xəbər verir ki, bu barədə onun meneceri İnstaqram hesabında məlumat verib. O bildirib ki, MakSim övladlarını görmək üçün öz istəyi ilə xəstəxanadan çıxmaq istəyib.

Həkimlər MakSimin tez zamanda sağlamlığına qovuşması üçün isə ona evində yardım edəcəklər.

Qeyd edək ki, ifaçı iyunun 15-də xəstəxanaya yerləşdirilmişdi. Onun test nəticəsi neqativ olsa da, sonradan koronavirusa yoluxduğu müəyyən olmuşdu. Həkimlər sənətçinin ciyərlərinin 75 faizinin sıradan çıxdığını demişdilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru