Kemeron Diaz kinodan uzaqlaşma səbəbini açıqladı

17-08-2021, 08:19           
Kemeron Diaz kinodan uzaqlaşma səbəbini açıqladı
Hollivud aktrisası Kemeron Diaz böyük ekrandan getmə səbəbini açıqlayıb.

“Movieweb” xəbər verir ki, o, bu barədə “Hart to Heart” tok-şousunun efirində danışıb.

“Mən sadəcə Kemeron Diaz adlı maşın yox, insan olmaq istədim. Əvvəllər mənim gələcək həyatımla bağlı vacib qərarlar qəbul etməyə vaxtım yox idi. Mən öz həyatımı idarə etmək istəyirdim”, - deyə kinoulduz bildirib.

Qeyd edək ki, amerikalı aktrisa 2018-ci ildə kino ilə vidalaşdığını bəyan edib. O, ailə həyatı quraraq, 2019-cu ilin dekabrında ana olub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.