“12 yaşımda zorlanmışam”
5-03-2016, 13:09
Amerikalı aktrisa Ceym Kinq müğənni Ledi Qaqanın “Oscar” mərasimindəki çıxışından təsirlənərək maraqlı etiraf edib. 36 yaşlı aktrisa öz təəssüratlarını İnstaqram hesabında bölüşüb: “Təşəkkürlər Ledi Qaqa. İllərcə təcavüzə uğradıqdan sonra nəhayət, həqiqətən artıq yaxşı olduğumu hiss etdim. Bu vəziyyəti içimdən gələn ən dürüst şəkildə deyə bildiyim üçün özümə təşəkkür edirəm. Ruhuma, bədənimə, ağılıma, duyğularıma, içimdəki uşağa, gəncliyimə təşəkkürlər. Səni sevirəm. Artıq azadam. Çünki fərqinə vardım ki, səssizliyim yaşadıqlarımı unutmağıma kömək etmir, bu mən deyiləm. Hamınızı sevirəm. İndi hərəkətə keçmək vaxtıdır. 14 yaşındaydım və təcavüzlərə 12 yaşımda məruz qalmışdım”.
Qeyd edək ki, Ledi Qaqa da 19 yaşındaykən təcavüzə məruz qaldığını etiraf edib. O, nişanlısı Teylora ithafən belə bir yazı yazıb: “Kiminsə məni sevə biləcəyinə dair inamım yox idi. Çünki mənə təcavüz edən adam bədənimi kirləndirmişdi. Amma Teylor öz sevgisi ilə içimdəki “mən”i yenidən həyata qaytardı Həyata inamımı artırdı. Onu sevirəm”.