"Əli Mirəliyev anamın yasını şouya çevirib" - İlhamənin qohumları arasında miras davası qızışır

5-03-2016, 14:16           
"Əli Mirəliyev anamın yasını şouya çevirib" - İlhamənin qohumları arasında miras davası qızışır
Əli Mirəliyev anamın yasını şouya çevirib.

Dia.az bildirir ki, bunu aznews.az-a açıqlamasında mərhum müğənni İlhamə Quliyevanın oğlu Orxan Nadirov Əli Mirəliyevin xalq artistinin mirasına həbs qoyulması ilə bağlı açıqlamasına münasibət bildirərkən deyib: "Mən yasdayam. Əli Mirəliyev isə yası şouya çevirib. Belə etmək lazım deyil. Mən ən böyük açıqlamanı 40 mərasimindən sonra verəcəyəm. Əli Mirəliyev İlhamə Quliyevanın yası adı altında özünü reklam etdirir".

İ.Quliyevanın vəkili Habil Vəliyev isə bildirib ki, əmlakın siyahıya alınması prosesi hüquqi presoduralardan irəli gələn məsələdir: "Bu, hüquqi müstəvidə çözüləsi bir məsələdir. Bütün əmlak siyahıya alınıb, təhvil verilməlidir. Nə deyiblərsə, hüquqi cəhətdən əməl olunub. Burada istintaqa qarşı hər hansı addım atıla bilməz. Vərəsəlik hüququ bərpa olunandan sonra hamısı sahibinə qaytarılacaq. Bəzi qohumları başqa işlərlə məşğuldur. Biri müraciət edir, biri harasa xahiş edir, bunların hamısından bizim məlumatımız var. Pul üstündə kimlərsə dalaşır. Müdafiə etdiyim şəxs isə ancaq yasla məşğuldur. 40-dan sonra kimin neçənci dərəcəli vərəsə olması haqqında məlumat veriləcək".

Xatırladaq ki, müğənni Əli Mirəliyev mətbuata açıqlamasında bildirib ki, hüquq-mühafizə orqanları İlhamə Quliyevanın oğlu Orxan Nadirovdan tələb ediblər ki, mərhuməyə məxsus mənzilin açarlarını təhvil versin və maşını avtodayanacağa qoysun. İ.Quliyevanın bahalı əşyalarını saxladığı seyf isə blomblanıb.

Qeyd edək ki, sənətkar fevral ayının 25-də dünyasını dəyişib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.