"Aygün, Röya hegemonluq edə bilməz" - İlhamədən sonra "tac davası"

5-03-2016, 20:37           
"Aygün, Röya hegemonluq edə bilməz" - İlhamədən sonra "tac davası"
Xalq artisti İlhamə Quliyevanın vəfatından sonra “tac davası" müzakirəsinə prodüser Tarix Əliyev (Tolik ) də qoşulub.

Moderator.az xəbər verir ki, Tolik sosial şəbəkədə bunları yazıb:

“26 il şou-biznesdə olan Aygün Kazımova hər zaman öz mövqeyindən çıxış edib. Onu sevənlər həmişə nömrə bir görür. Amma o, şou-biznesdə hegemonluq edə bilməz. Çünki şou-biznes onun ətrafında deyil".

"Röya Ayxan 15 il oxusa da son 10 ildir ki, aktualdır. Onun da öz ordusu, müğənnilərdən çox pərəstişkarları, fanatları var və onlar üçün Röya bir nomrədir. Baxmayaraq ki, onun da qanadının altında müğənnilər var, amma Röya da hegemon ola bilməz”.

Flora Kərimova sənətkardır, illərdir səhnədə olsa da ətrafına 10 müğənnidən artıq sima yığa bilməz. Azərbaycan şou-biznesində elə adam olmayacaq ki, ondan hətta xoşu gəlməyən müğənni də onu görəndə ayaga qalxsın və ona tərif yağdırsın. Çünki indi şou-biznesdə hamının öz ətrafı bəllidir və özu üçün bir dünya yaradır. Məsələn, mənə heç bir müğənni deyə bilməz ki, gəl mənə tabe ol.

Tolik vurğulayıb ki, bundan sonra bəzi aparıcılar təzə müğənnilərə yaltaqlanıb, kiminsə qanadı altına girəcək: “Amma yenə də o müğənninin hegemon olacağına inanmıram”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.