“İlhamənin qızı olmayıb, amma oğlu vardı...” lakin deyirlər qızı olub və adıda Leyla
7-03-2016, 12:10
Bunu sənət dünyasında hamı bilir.
Axar.az xəbər verir ki, bu sözləri əməkdar artist Firuzə İbadova “Sənətsevər” verilişində mərhum xalq artisti İlhamə Quliyevanın doğma qızının olması ilə bağlı danışarkən deyib. O, xalq artistinin bir oğlan övladının olduğunu bildirib:
“İlhamə xanım öldü. İndi xəbərlər çıxır ki, guya qızı var imiş, adı da Flora. Hamısı yalan, absurd şeylərdir. Düzdür, o illərdə İlhamə xanım Yasamal tərəfdə yaşayırdı. Amma onun heç vaxt qızı olmayıb. Övladı olub, oğlu dünyaya gəlmişdi. O da bir neçə saat sonra vəfat etdi. Bunu da sənət aləmində olanlar bilir”. teref.aznun adının çəkilməsini istəməyən bir mənbədən aldığı xəbərə görə isə, İlhamə xanımın həqiqətən bir qızı olub. Lakin o qızı dünyaya gətirərkən İlhamə xanım həddi - buluğ çatmadığı üçün onu qızı kimi qeyd etdirə bilməyib və qızı onun xalası götürüb saxlayıb. Qızın adı isə Flora yox, Leyladır. Və o qız indidə həyatdadır. lakin böyüyəndən sonra anasını qəbul etməyib. Əslində bunu o zamanki Bakı əhlinin hamısı bilirdi. Bu məlumatı verən mənbə onuda qeyd etdi ki,onlar İlhamə xanımla o zamanlar qonşu olublar. teref.az