O, nədən SSRİ xalq artisti adından imtina edib?

8-03-2016, 01:41           
O, nədən SSRİ xalq artisti adından imtina edib?
Məni bir çox şeydən mərhum etmişdilər.

Bu sözləri xalq artisti Flora Kərimova SSRİ xalq artisti adını nəyə görə qəbul etməməsi haqda Axar.az-a danışarkən deyib. O, bunun Ermənistan xalq artisti olmaq istəmədiyindən baş verdiyini bildirib:

“O vaxt SSRİ xalq artisti olmaq üçün 2 respublikanın xalq artisti olmaq mütləq idi. Mənə Ermənistanın da xalq artisti olacağım halda SSRİ xalq artisti adı veriləcəyini dedilər. Mən isə bundan imtina etdim, çünki vaxtı ilə onlar babam atı ilə Topxanadan keçəndə başını kəsib xurcuna qoymuşdular. Babamı at darvazamızacan gətirmişdi. Bir dəfə də mən türk mahnısı oxumuşdum, ermənilərin xoşları gəlmirdi deyə, məni o vaxtkı Mədəniyyət Nazirliyinə çağırmışdılar ki, oxumayım. Amma yenə də çıxıb həmin mahnını oxumuşdum. Düzgün başa düşün, mənim erməni xalqı ilə bir problemim yoxdur. Mənim xalqıma, torpağıma, musiqimə qarşı olan insanlara kinim var. Tək istəyim də torpaqlarımızın azad olmasıdır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.