Oğlunun meyiti tapılan rejissorun özü də öldü-Fikrət Əliyev vəfat etdi

8-03-2016, 11:47           
Oğlunun meyiti tapılan rejissorun özü də öldü-Fikrət Əliyev vəfat etdi
Meyiti tapılan İTV əməkdaşının rejissor atası vəfat etdi

Rejissor, əməkdar incəsənət xadimi Fikrət Əliyev vəfat edib.

teref.az report-a istinadən xəbər verir ki, o, uzun sürən ağır xəstəlikdən sonra bu gün səhər saatlarında dünyasını dəyişib.

Qeyd edək ki, rejissor bu gün günorta Əmircan qəbiristanlığında, oğlu R.Əliyevin yanında dəfn olunacaq.

Xatırladaq ki, F.Əliyevin itkin düşən 43 yaşlı oğlu, İTV-nin əməkdaşı olan Rəşad Əliyevin fevralın 27-də dənizdən meyiti tapılıb.

F.Əliyev 12 dekabr 1939-cu ildə Bakıda anadan olub. 1966-cı ildə M.A.Əliyev adına ADİİ-nin aktyorluq fakültəsini, 1972-ci ildə Moskvada ÜDKİ-nin iki illik ali ssenari və rejissorluq kurslarını bitirib. 1966-cı ildən "Azərbaycanfilm" kinostudiyasında işləyib.

O, "Yuxu”, "Axırıncı dayanacaq”, "Ölüm növbəsi” və s. filmlərin rejissoru olub.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.