Xanım müğənni yol polisinə «Mercedes S-class»da yaxalandı – FOTO
8-03-2016, 21:11
Roza Zərgərli Azərbaycan polisinin dünyada ən mülayim polis olduğunu deyib və cərimə yazılmayıb
Bu gün tanınmış müğənni Roza Zərgərlinin idarə etdiyi idarə etdiyi «Mercedes S-class» markalı avtomobil Bakı həhər Dövlət Yol Polisi İdarəsinin keçirdiyi reyd zamanı saxlanılıb. Saxlanılan zaman xanım müğənninin təhlükəsizlik kəmərindən istifadə etdiyi aşkarlanıb. Lakin yol polisləri ona avtomobilin çirkli olması barədə xəbərdarlıq ediblər. Az sonra isə DYP əməkdaşlarının surprizləri ilə qarşılaşan müğənnə onlara təşəkkür edib. Yol polisləri 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Roza Zərgərlini təbrik edərək ona müxtəlif hədiyyələr təqdim ediblər. Eyni zamanda, avtomobili pulsuz yudurtmaq üçün xanım müğənniyə pulsuz kontaktsız avtoyuma kuponu da təqdim edilib. Müğənniyə «Nişantaşı» restoranına iki nəfərlik şam yeməyi üçün kupon da verilib. Roza Zərgərliyi isə şam yeməyini elə yol polisləri ilə birlikdə yeyəcəyini bildirib: «Azərbaycan polisləri dünyanın ən mülayim polisləridir. Ona görə də, mən şam yeməyinə yol poloislərini dəvət edirəm».
Əldə etdiyimiz məlumata görə isə, yol polisləri müğənni xanımı saxladıqda zarafatla protokol tərtib edəcəklərini, avtomobilin cərimə meydançasına aparılacağını bildiriblər. Müğənni də kiməsə zəng edərək telefonu BDYP-nin məsul işçisi Vaqif Əsədova verib. Məhz bundan sonra məsələ aydınlaşıb və məlum olub ki, bu bayram zarafatıdır.
Qeyd edək ki, bir müddət əvvəl yol polislərinə sürücüdən danışmaq üçün mobil telefon almaq qadağan olunmuşdu. Əgər hələ qadağan götürülməyibsə belə görünür ki, jurnalistlərin telefonla mövqe öyrənmək üçün gündüz çıraqla axtardıqları Vaqif Əsədov həmin qadağanı pozub.
yenilik.az